Azərbaycan və Türkiyə arasında işə düşən yeni saziş: Azərbaycanda türk malları ucuzlaşacaqmı?
Azərbaycanla Türkiyə arasında ticarət münasibətləri bundan sonra bu həftə qüvvəyə minmiş Preferensial Ticarət Sazişi çərçivəsində tənzimlənəcək.
Hər iki ölkənin iş adamları hesab edirlər ki, bu Saziş mövcud şərtləri xeyli yüngülləşdirəcək, amma bütün problemləri həll etməyəcək.
BBC News Azərbaycancaya danışan iş adamları deyirlər ki, bunun üçün Gürcüstanla Türkiyə arasında artıq üç ildən çoxdur ki, tətbiq olunan sərbəst ticarət taarifinə keçilməlidir.
Milli Məclisin deputatı Vahid Əhmədov isə vurğulayır ki, bu Saziş əslində elə sərbəst ticarət sazişinə aparır.
Preferensial saziş nədir?
Preferensial (seçim) ticarət sazişi preferensial ticarət rejimi yaradır. Bu isə o deməkdir ki, malların hərəkətində gömrük taariflərin azaldılması və ya ləğvi və ya buna bənzər imkanlar yaradılacaq.
Sazişin tətbiq olunacağı güzəştli mallar siyahısında Azərbaycandan Türkiyəyə ixrac ediləcək kənd təsərrüfatı məhsulları - pendir, bəzi meyvə-tərəvəzlər, qara çay, şokolad və şirniyyat məhsulları, diabet xəstələri üçün alma, ərik və sair meyvə püreləri və sair məhsullar, Türkiyədən isə diabet xəstələri üçün nəzərdə tutulan qida məhsulları, qənnadı məmulatları, şokolad və şirniyyat məhsulları, qurudulmuş meyvə və sair məhsulları yer alıb.
Sazişin əhatə etdiyi siyahıda bəzi polad məhsulları, dəzgah, avadanlıq, aparat və ya nəqliyyat vasitəsi ilə birlikdə göndərilən və onların istismarı üçün istifadə olunun aksessuarlar, ehtiyat hissələri və alətlər, sənaye və qablaşdırma məhsulları da var.
Sazişin tələbləri, həmçinin onun (nəzərdə tutulmuş ölkənin) torpağından, sularından və ya dəniz dibindən çıxarılmış xammal və ya mineral məhsulların da gətirilməsini istisna etmir.
İş adamları bildirir ki, Türkiyədən Azərbaycana mallar orta hesabla 15 faiz gömrük rüsumu ilə gəlir. Preferensial ticarətdə sözügedən 15 adda mala indiyədək tətbiq olunan bu 15 faiz aradan qaldırılır.
Gömrük rüsumunun ləğvinin tətbiq ediləcəyi məhsullarda 15 faizlik bir ucuzlaşma gözlənilir, iş adamları BBC News Azərbaycancaya deyiblər.
Saziş bütün tələbləri əhatə etmir
Türkiyəli iş adamı Murat Uçar deyir ki, saziş Türkiyə və Azərbaycanlı iş adamlarının ticarətdə vəziyyətini yaxşılaşdırmağa yönəlsə də, onların bütün tələblərini əhatə etməyib.
BBC News Azərbaycancaya müsahibəsində iş adamı qeyd edir ki, sazişin məqsədi gömrük taarifləri, iş adamlarının vəziyyətini hər iki ölkə gömrüyündə çətinləşdirən bəzi şərtləri, problemləri aradan qaldırmaqdır.
"Məsələn, mənşəyi Türkiyəyə aid olduğu halda xaricdən gətirilən və Türkiyədə birləşdirilmiş bəzi məhsullarla bağlı problemlər var idi. Bu polad, paketləmə məhsulları, qida məmulatları, maşın hissələri və digər oxşar mallardır," - cənab Uçar deyir.
Murad Uçar əlavə edir ki, sözügedən sazişdə malların konkret siyahısı yoxdur.
Lakin o vurğulayır ki, iki ölkə arasında əlavə 15 milyard dollarlıq bir ticarət dövriyyəsi ortaya çıxa bilər.
Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələr sırasında ikinci, ixrac və idxalda isə üçüncü yeri tutan Türkiyə ilə 2020-ci ilin yanvar-iyul aylarında ticarət dövriyyəsi 2,5 milyard dollar olub. Bu rəqəm 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2,3 milyard dollardır.
2019-cu ildə Azərbaycanın Türkiyə ilə xarici ticarət dövriyyəsi 4,5 milyard dollar olub ki, bu da dünyanın 183 ölkəsi ilə ticarət münasibətləri olan ölkənin ümumi xarici ticarət dövriyyəsinin 14 faizini təşkil edib.
Dövlət Gömrük Komitəsinin statistik məlumatına görə, Türkiyədən Azərbaycana əsasən iri ev quşları, iri heyvanlar, ərzaq və geyim məhsulları, müxtəlif texnika vasitələri, müdafiə və aviasiya sənayesi məhsulları və digər məişət məhsulları idxal edilir.
Azərbaycandan isə Türkiyəyə əsasən, neft-qaz məhsulları, bəzi sənaye məhsulları və sair ixrac edilir. Qeyri-neft sektorunda isə 2019-cu ildə əsas məhsul kateqoriyalarını pambıq (5 faiz, 129 milyon dollar), plastik və polimerlər (2 faiz, 64 milyon dollar), alüminium və məmulatları (2 faiz, 56 milyon dollar) təşkil edib, Azərtac yazır.
Azərbaycan Türkiyəyə, həmçinin kənd təsərrüfatı məhsulları - bəzi pendir növləri, çay, meyvə-tərəvəz də ixrac edir.
Murad Uçarın fikrincə, Saziş digər ölkələrlə rəqabətdə üstünlük əldə etməyə imkan verəcək.
Azərbaycan prezidenti İlham Əliyev bu ilin fevralında çıxışı zamanı deyib ki, hazırda Azərbaycanda 4 minə yaxın Türkiyə şirkətinin fəaliyyət göstərir.
İndiyədək Azərbaycanda fəaliyət göstərən Türkiyə şirkətlərinin 300-dən çox layihədə 16 milyard dollar həcmində iş gördüyü bildirilir.
Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 18 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar sərmayə qoyub.
Azərbaycan-Türkiyə İş Adamları Birliyinin rəhbəri Cemal Yangın hesab edir ki, bu saziş həm də hər iki ölkənin biznes adamlarının təcrübə mübadiləsinə səbəb olacaq.
"Saziş türk iş adamlarının geniş ticarət təcrübəsini azərbaycanlı iş adamları ilə paylaşmasına imkan verəcək. Bir tərəfdən də Azərbaycanın Rusiya iş adamları ilə biznes təcrübəsi var. Bu da bizdə əskik idi. İndi bundan sonra bu iki qüvvə birləşir".
Cənab Yangın hesab edir ki, mal və məhsulların müəyyən qisminin gömrükdən rüsum ödəmədən keçməsi hər iki ölkənin satınalma gücünə böyük dəstək verəcək.
Cemal Yangın vurğulayır ki, bu saziş müsbət olsa da yetərli deyil, bu sazişi seçimli (preferensial) ticarət anlaşmasından sərbəst ticarət anlaşmasına çevirmək lazımdır.
Geriyə qalan əsas problemlərdən biri: yüksək faizli kreditlər
Cemal Yanğın burada Gürcüstanla Türkiyə arasındakı sərbəst ticarət anlaşmasını misal gətirir: "Yəni, bizim indi Azərbaycanda olmasını istədiyimiz sistem üç ildir Gürcüstanla tətbiq olunur".
O vurğulayır ki, bu sazişlə iş həyatındakı bütün problemlər həll olunmur: "Problemlər bitmir. Azalır və daha sonra yeni problemlər çıxır. Sadəcə burada baxmaq lazımdır ki, bu problemlər həll olur, ya yox".
Cemal Yanğın deyir ki, hazırda Azərbaycanda bizneslə məşğul olan Türkiyədən olan şəxslərin geri qalan əsas problemlərdən biri bank kreditlərini uyğun faizlə əldə etməkdir.
O bildirir ki, Azərbaycanda verilən faiz dərəcələri ilə kredit götürmək və geri ödəmək xeyli çətinlik yaradır.
Millət vəkili Vahid Əhmədov iş adamlarının bank faizləri ilə bağlı şikayətlərilə razılaşır, deyir ki, Azərbaycanda bankların kredit məsələsində problemlər olub, bu gün də var.
"Bank faizləri həmişə bizim diqqət mərkəzimizdədir. Bank sistemində özləri islahatlar aparmalıdırlar. Bank krediti hardan verir? Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditindən götürə bilər, ikinci mənbə insanların əmanətləri - depozitləridir. Bir də xaricdən vəsait götürür. Ancaq, əsasən insanların depozitləri hesabına kredit verə bilir. Bəzi banklar depozitin faizinin azaltdığı üçün ucuz kredit verə bilərlər. Başqa banklar da bu barədə işləməlidirlər. Ümumiyyətlə, bu məsələ həmişə bizim gündəliyimizdədir".
"Həm gömrük, həm də digər rüsumları götürmək lazımdır"
Cənab Əhmədov deyir ki, sözügedən 15 adda mal və məhsulun ticarətində yerli istehsalçılara tanınan haqq və hüquqlar hər iki ölkədən olan iş adamlarına da eyni şəkildə tanınacaq.
"O siyahı elə qurulub ki, o mallar Azərbaycana lazımdır. Türkiyə üçün olan siyahı da Türkiyəyə lazım olan malların siyahısıdır. Burada istər Türkiyə, istərsə də Azərbaycan sahibkarı olsun, gömrükdə heç bir problem yaşamayacaq. Faktiki olaraq da malların üzərinə heç bir əlavə rüsum gəlməyəcək. Bir ölkədən mallar nə qiymətə alınıbsa, o qiymətə də Azərbaycanda satacaqlar və əksinə. Yəni, bu sazişin çox böyük əhəmiyyəti var".
Türkiyənin Gürcüstanla imzaladığı sərbəst ticarət anlaşmasının Azərbaycanla da bağlanması məsələsinə gəlincə, millət vəkili deyir ki, bütün məsələ elə onun üzərindədir.
"Söhbət təkcə Gürcüstandan getmir. Ümumiyyətlə, MDB məkanındakı dövlətlərdə sərbəst ticarət dövriyyəsi mövcuddur. Amma bu, indi birinci mərhələdir. Prezidentlər 15 məhsula qol çəkdilər. Gələcəkdə iki dövlət arasında maksimum həm gömrük, həm də digər rüsumları götürmək lazımdır ki, sərbəst ticarət fəaliyyəti göstərsinlər".
Azərbaycanın nə üçün Ümumdünya Ticarət Təşkilatına üzv olmaması məsələsinə gəlincə, Vahid Əhmədov deyir ki, o sazişin həm müsbət, həm də mənfi cəhətləri var.
"O sazişi qəbul edəndə, misal üçün Azərbaycanda olan bir sıra vergiləri azaltmaq lazımdır. Müəyyən problemlər yarana bilər. Bir millət vəkili olaraq, mən ora daxil olmağın tərəfdarıyam. Amma buna müəyyən vaxt lazımdır. Azərbaycanda bu məsələ ilə bağlı komissiya işləyir. Biz də müzakirələrdə iştirak etmişik. Lakin sonradan müharibə düşdü araya, amma bu, gec-tez imzalanacaq".
Buna qədər də Türkiyə-Azərbaycan arasında iqtisadi münasibətləri tənzimləyən bir neçə saziş olub.
kaynak: BBC

"Deyə bilərik ki, azərbaycanlı iş adamları Azərbaycanda istehsal olunmuş malları Türkiyədə, türkiyəli iş adamları isə ölkəsində istehsal edilmiş məhsulları gömrük tarifləri olmadan rahat sata biləcəklər. Bəzi məhsullarda ekstra dediyimiz vergilər var. Deyək ki, eyni məhsul Türkiyədən gəlir, İrandan gəlir, Rusiyadan da gəlir. Bu məhsul Türkiyə Gömrük Birliyinə daxil olduğu üçün Avropa mənşəli kimi görünür və buna görə də fərqli taariflər, fərqli şəkildə qiymətləndirilə bilir. Yanlış anlaşılmalar, bəlli olmayan sahələr iş adamlarının məhsullarının gömrükdə gözlədildiyi üçün yaşadığı çətinliklərin bir çoxu bu sazişlə ortadan qaldırıla biləcək".
Azərbaycan prezidenti İlham Əliyev bu ilin fevralında çıxışı zamanı deyib ki, hazırda Azərbaycanda 4 minə yaxın Türkiyə şirkətinin fəaliyyət göstərir.
İndiyədək Azərbaycanda fəaliyət göstərən Türkiyə şirkətlərinin 300-dən çox layihədə 16 milyard dollar həcmində iş gördüyü bildirilir.
Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 18 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar sərmayə qoyub.
Azərbaycan-Türkiyə İş Adamları Birliyinin rəhbəri Cemal Yangın hesab edir ki, bu saziş həm də hər iki ölkənin biznes adamlarının təcrübə mübadiləsinə səbəb olacaq.
"Saziş türk iş adamlarının geniş ticarət təcrübəsini azərbaycanlı iş adamları ilə paylaşmasına imkan verəcək. Bir tərəfdən də Azərbaycanın Rusiya iş adamları ilə biznes təcrübəsi var. Bu da bizdə əskik idi. İndi bundan sonra bu iki qüvvə birləşir".
Cənab Yangın hesab edir ki, mal və məhsulların müəyyən qisminin gömrükdən rüsum ödəmədən keçməsi hər iki ölkənin satınalma gücünə böyük dəstək verəcək.
Cemal Yangın vurğulayır ki, bu saziş müsbət olsa da yetərli deyil, bu sazişi seçimli (preferensial) ticarət anlaşmasından sərbəst ticarət anlaşmasına çevirmək lazımdır.
"Bu isə o deməkdir ki, Türkiyədən buraya hərəkət edən xüsusi təyinatlı mallar olmayacaq. Dərman, silah və sair ayrıca icazə ilə idxal edilir. Ancaq bu Sazişlə nəzərdə tutulmuş, bazara çıxarılacaq mal-materiallar gömrüyə aparılacaq,ƏDV-si ödənəcək və bazara çıxacaq. Bu isə o deməkdir ki, bazardakı rəqabət artacaq. Bu rəqabət isə indiyədək ona görə alınmırdı ki, Azərbaycanın Rusiya ilə 92-ci ildə imzaladığı anlaşma, Türkiyənin isə Avropa Gömrük İttifaqına daxil olması buna mane olurdu, çünki bu İttifaqa tabe ölkələr bura daxil olmayan ölkələrlə gömrük razılaşması edə bilməzlər. Türkiyə İttifaqla danışdı və dost, qonşu, qardaş ölkələrlə bunu tətbiq etməyə başladı".